YouVersion Logo
Search Icon

AMOS 1

1
1 # 2Pad. 15:1-7; 2Saln. 26:1-23 # 2Pad. 14:23-29 Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. 2#Yer. 25:30; Yoel 3:16 Amos belə dedi:
«Rəbb Siondan nərə çəkir,
Yerusəlimdən guruldayır.
Bundan otlaqlar solur,
Karmel dağının başı quruyur.
Rəbbin Aramlılara verəcəyi cəza
3 # Yeş. 7:1-3; Yer. 49:23-27; Zək. 9:1 Rəbb belə deyir:
“Dəməşqlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.
4Buna görə də Xazaelin sarayına od yağdıracağam ki,
Ben-Hadadın qalalarını yandırıb-yaxsın.
5Dəməşqin darvazalarının sürgülərini qıracağam,
Aven dərəsindən əhalini silib-atacağam,
Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm,
Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.
Rəbbin Filiştlilərə verəcəyi cəza
6 # Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Sef. 2:4-7; Zək. 9:5-7 Rəbb belə deyir:
“Qəzzəlilərin üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam.
Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.
7Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
8Aşdoddan əhalini silib-atacağam,
Aşqelondan əsa gəzdirəni kəsəcəyəm.
Eqrona qarşı əlimi qaldıracağam,
Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.
Rəbbin Surlulara verəcəyi cəza
9 # Yeş. 23:1-18; Yez. 26:1—28:19; Yoel 3:4-8; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14 Rəbb belə deyir:
“Surluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.
10Buna görə də Surun divarlarına od yağdıracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın”.
Rəbbin Edomlulara verəcəyi cəza
11 # Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Avd. 1-14; Mal. 1:2-5 Rəbb belə deyir:
“Edomluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular,
Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.
12Buna görə də Temana od yağdıracağam ki,
Bosranın qalalarını yandırıb-yaxsın”.
Rəbbin Ammonlulara verəcəyi cəza
13 # Yer. 49:1-6; Yez. 21:28-32; 25:1-7; Sef. 2:8-11 Rəbb belə deyir:
“Ammonluların üç-dörd qat günahına görə
Onları cəzasız buraxmayacağam,
Çünki onlar ərazilərini genişləndirmək üçün
Gileadda hamilə qadınların qarınlarını yırtdılar.
14Buna görə də Rabbanın divarına od vuracağam ki,
Oranın qalalarını yandırıb-yaxsın.
Bu yer döyüş zamanı qışqırtı ilə,
Qasırğa günü fırtına ilə dağılacaq.
15Onların padşahları ilə başçıları
Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.

Currently Selected:

AMOS 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy