Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. Amos belə dedi:
«Rəbb Siondan nərə çəkir,
Yerusəlimdən guruldayır.
Bundan otlaqlar solur,
Karmel dağının başı quruyur.