YouVersion Logo
Search Icon

AMOS GİRİŞ

GİRİŞ
«Amos» Kitabı miladdan əvvəl viii əsrin ortalarında yaşayan Amos peyğəmbərin ədalətsizliyə qarşı mübariz sözlərindən bəhs edir. Əhdi-Ətiqdə Musa peyğəmbərdən sonra sözləri ətraflı şəkildə göstərilən ilk peyğəmbər Amosdur. Amos yəhudalı idi, amma o, İsrailin şimal padşahlığına qarşı öz səsini qaldırırdı. Çünki bu dövrdə ədalətsizlik və yoxsulların istismarı bahasına firavan və arxayın yaşayan insanların ruhani aləmi təmiz deyildi. İnsanlar özlərini sədaqətli göstərirdi, lakin onların mənəviyyatı yox idi.
Amos peyğəmbər cəsarətlə deyirdi ki, Allah Öz xalqını cəzalandıracaq:
«Lakin qoy ədalət sular kimi tökülsün,
Salehlik davamlı sel kimi axsın!» (5:24),
«Bəlkə Ordular Allahı Rəbb
Qalan Yusif övladlarına lütf edər» (5:15).
Kitabın məzmunu:
1:1-2:5 İsrailin qonşularının cəzalandırılması
2:6-6:14 İsraillilərin cəzalandırılması
7:1-9:15 Beş görüntü

Currently Selected:

AMOS GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy