1
Kolosselilərə 3:13
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
Compare
Explore Kolosselilərə 3:13
2
Kolosselilərə 3:2
Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Explore Kolosselilərə 3:2
3
Kolosselilərə 3:23
Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.
Explore Kolosselilərə 3:23
4
Kolosselilərə 3:12
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün.
Explore Kolosselilərə 3:12
5
Kolosselilərə 3:16-17
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.
Explore Kolosselilərə 3:16-17
6
Kolosselilərə 3:14
Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün.
Explore Kolosselilərə 3:14
7
Kolosselilərə 3:1
Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
Explore Kolosselilərə 3:1
8
Kolosselilərə 3:15
Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun!
Explore Kolosselilərə 3:15
9
Kolosselilərə 3:5
Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün.
Explore Kolosselilərə 3:5
10
Kolosselilərə 3:3
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Explore Kolosselilərə 3:3
11
Kolosselilərə 3:8
İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.
Explore Kolosselilərə 3:8
12
Kolosselilərə 3:9-10
Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.
Explore Kolosselilərə 3:9-10
13
Kolosselilərə 3:19
Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.
Explore Kolosselilərə 3:19
14
Kolosselilərə 3:20
Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır.
Explore Kolosselilərə 3:20
15
Kolosselilərə 3:18
Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun.
Explore Kolosselilərə 3:18