1
Kolosselilərə 2:6-7
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
Compare
Explore Kolosselilərə 2:6-7
2
Kolosselilərə 2:8
Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin.
Explore Kolosselilərə 2:8
3
Kolosselilərə 2:13-14
Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
Explore Kolosselilərə 2:13-14
4
Kolosselilərə 2:9-10
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
Explore Kolosselilərə 2:9-10
5
Kolosselilərə 2:16-17
Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir.
Explore Kolosselilərə 2:16-17