1
Kolosselilərə 1:13
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
Compare
Explore Kolosselilərə 1:13
2
Kolosselilərə 1:16
Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.
Explore Kolosselilərə 1:16
3
Kolosselilərə 1:17
Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.
Explore Kolosselilərə 1:17
4
Kolosselilərə 1:15
Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.
Explore Kolosselilərə 1:15
5
Kolosselilərə 1:9-10
Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz
Explore Kolosselilərə 1:9-10