YouVersion Logo
Search Icon

Zəkəriyyə 9

9
İsrailin düşmənlərinə cəza
1 # Yeş. 17:1-3; Yer. 49:23-27; Amos 1:3-5 Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. 2#Yoel 3:4-8; Amos 1:9-10; Mat. 11:20-22; Luka 10:13-14 #Yeş. 23:1-18; Yez. 26:1–28:26Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. 3Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. 4Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. 5#Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq. 6Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam. 7Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq. 8Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.
Rəbbin vədi
9 # Mat. 21:4-5; Yəh. 12:14-15 Ey Sion qızı, böyük sevinclə coş,
Ey Yerusəlim qızı, hayqır!
Bax padşahın sənə tərəf gəlir.
O ədalətli və xilaskardır.
O itaətkardır və bir eşşəyə –
Eşşəyin balası olan sıpaya minib gəlir.
10 # Zəb. 72:8 Döyüş arabalarını Efrayimdən,
Atları Yerusəlimdən uzaqlaşdıracağam.
Döyüş kamanları qırılacaq.
Padşahınız millətlərə sülh elan edəcək.
Onun hökmranlığı dənizdən dənizə,
Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
11Sizə gəlincə, əhd qurbanının qanından ötrü
Sürgündəki xalqınızı
Susuz quyudan çıxarıb xilas edəcəyəm.
12Qalanıza qayıdın,
Ey ümid edən əsirlər!
Bu gün sizə bildirirəm ki,
Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.
13Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm,
Efrayimi ox kimi ona qoyacağam.
Ey Sion, övladlarını
Yunan övladlarının üstünə qaldıracağam.
Səni bir döyüşçü qılıncı tək edəcəyəm.
14Onda Rəbb xalqının üzərində görünəcək,
Onun oxu şimşək kimi çaxacaq.
Xudavənd Rəbb şeypur çalacaq,
Cənub qasırğaları ilə irəli gedəcək.
15Onları Ordular Rəbbi qoruyacaq.
Düşmənlərini tələf edəcəklər,
Sapand daşları ilə qırıb-çatacaqlar.
Onların qanını şərab kimi içib hay-küy salacaqlar.
Qurban qanı tökülən qablar kimi,
Qurbangahın künc-bucaqları kimi
Qanla dolu olacaqlar.
16O gün özlərinin Allahı Rəbb
Xalqının sürüsü kimi onları xilas edəcək.
Onlar Onun torpağında
Tac daş-qaşı kimi parıldayacaq.
17Necə yaraşıqlı, necə gözəl olacaqlar!
Oğlanlar taxılla,
Qızlar təzə şərabla gücə gələcək.

Currently Selected:

Zəkəriyyə 9: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in