1
Zəkəriyyə 9:9
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.
Compare
Explore Zəkəriyyə 9:9
2
Zəkəriyyə 9:10
Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
Explore Zəkəriyyə 9:10
3
Zəkəriyyə 9:16
O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq.
Explore Zəkəriyyə 9:16