YouVersion Logo
Search Icon

Huşə 12

12
1Efrayim yellə bəslənir,
Bütün gün şərq küləyinin
dalınca düşür.
Yalanı, qoluzorluluğu artırır.
Aşşurla saziş bağlayır,
Misirə zeytun yağı göndərir.
2Yəhuda ilə Rəbbin davası var,
Yaqubu getdiyi yola görə cəzalandıracaq,
Əməllərinə görə əvəz verəcək.
3O hələ ana bətnində ikən
Qardaşının topuğundan tutdu,#Yar. 25:26
Böyüklük çağında Allahla güləşdi.#Yar. 32:24-26
4 # Yar. 28:10-22 Mələklə güləşib ona üstün gəldi,
Ağlayaraq Ondan xeyirxahlıq istədi.
Allah onu Bet-Eldə tapdı.
5Ordular Allahı Rəbb
Bizimlə orada danışdı.
O, «Rəbb» deyə anılır.
6Buna görə də sən Allahına üz tut,
Məhəbbətə, ədalətə bağlan,
Daim Allahına ümid bağla.
7Efrayim tacirdir,
Əlindəki aldadıcı tərəzi ilə
Aldatmağı sevir.
8Efrayim deyir:
«Doğrudan da, mən varlandım,
Özüm üçün sərvət topladım.
Çoxlu şeylər qazansam da,
Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».
9 # Lev. 23:42-43 «Ancaq səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Bayram günlərində olduğu kimi
Səni yenə öz çadırlarında məskunlaşdıracağam.
10Mən peyğəmbərlərlə danışdım,
Çoxlu görüntü göndərdim,
Peyğəmbərlərin dilindən məsəllər söylədim».
11Gilead xalqı pis xalqdır,
Doğrudan da, yaramazdır.
Qilqalda buğaları qurban kəsirlər.
Onların qurbangahları
Şumlanmış tarladakı daş qalaqları kimidir.
12 # Yar. 29:1-20 Yaqub Aram torpağına qaçdı,
İsrail arvad üçün qul oldu,
Arvada görə qoyun otardı.
13 # Çıx. 12:50-51 Rəbb İsraili bir peyğəmbər vasitəsilə
Misirdən çıxartdı,
Bir peyğəmbər vasitəsilə qorudu.
14Efrayim Allahı bərk qəzəbləndirdi,
Tökdüyü qanı öz başına gətirəcək,
Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.

Currently Selected:

Huşə 12: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in