YouVersion Logo
Search Icon

YUNUS GİRİŞ

GİRİŞ
«Yunus» Kitabı Allahın əmrinə tabe olmaq istəməyən Yunus peyğəmbərin başına gələn əhvalatlardan bəhs edir. Allah ona möhtəşəm Aşşur imperatorluğunun paytaxtı Nineva şəhərinə getməyi buyurmuşdu. O dövrdə Aşşur İsrailin qatı düşməni idi. Buna görə də Yunus Allahın sözünü oradakılara çatdırmaq istəmirdi. Çünki o, Allahın rəhmli olmasına əmin idi. Bilirdi ki, Ninevalılar tövbə etsə, Allah onları məhv etməz. Bir neçə hadisə baş verəndən sonra, nəhayət, Yunus məcburiyyət qarşısında qalaraq Allaha itaət etdi. Yunusun peyğəmbərliyi yerinə yetməyəndə bu onu çox qəzəbləndirdi, Allah isə ona ibrət dərsi verdi.
Bu kitabdan aydın görünür ki, Allah təkcə İsrail xalqını deyil, bütün bəşəriyyəti cəzalandırmaq və məhv etmək əvəzinə bağışlamaq və xilas etmək istəyir.
Kitabın məzmunu:
1:1-17 Yunusun çağırışı və itaətsizliyi
2:1-10 Yunusun tövbəsi və xilası
3:1-10 Ninevalıların tövbə etməsi
4:1-11 Allahın Ninevalılara rəhmi

Currently Selected:

YUNUS GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy