YouVersion Logo
Search Icon

2 KORİNFLİLƏRƏ GİRİŞ

GİRİŞ
Paulun «Korinflilərə İkinci Məktubu» onun Korinf imanlılar cəmiyyəti ilə çətin münasibətlərdə olduğu vaxt yazılıb. Cəmiyyətin bəzi üzvləri Paula qarşı ciddi ittihamlar irəli sürürdü, amma o, səmimi qəlbdən barışmağa can atır, bu sərt münasibətlər tövbə və barışıqla nəticələnəndə isə sevincini büruzə verirdi. Sonra o, cəmiyyətdən xahiş etdi ki, Yəhudeyadakı imanlılara maddi yardım göstərsinlər. Son fəsillərdə Paul öz həvari xidmətini müdafiə edir, çünki Korinfdə bir neçə adam özlərinin həqiqi həvari olduqlarını bildirərək Paulu saxta həvari olmaqda ittiham edirdilər.
Kitabın məzmunu:
1:1-11 Giriş
1:12-7:16 Paul və Korinfdəki cəmiyyət
8:1-9:15 Yəhudeya cəmiyyəti üçün ianələr
10:1-12:21 Paulun müdafiəsi
13:1-13 Tövsiyə və salamlar

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy