YouVersion Logo
Search Icon

BİRİNCİ PADŞAHLAR GİRİŞ

GİRİŞ
«1 Padşahlar» Kitabı «1 və 2 Şamuel» Kitablarında başlanan İsrail padşahlığının tarixinin davamıdır.
Bu kitabı iki hissəyə ayırmaq olar: Süleymanın hakimiyyəti və nailiyyətləri, xüsusən Yerusəlimdə məbədin tikilməsi; İsrailin şimal və cənub padşahlıqlara bölünməsi.
«1 və 2 Padşahlar» Kitablarında hər hökmdarın dəyəri Allaha sadiq olması ilə ölçülür. Xalqın uğurları da bu sədaqətdən asılı idi. Bütpərəstlik və itaətsizlik isə bədbəxtliyə aparırdı. Şimaldakı dövlətin padşahlarından heç biri Allaha sadiq qalmadı, cənubda isə Yəhuda padşahlarının bəzisi sadiq, bəzisi isə sədaqətsiz çıxdı. «1 Padşahlar» Kitabında Rəbbin peyğəmbərləri əhəmiyyətli rol oynayır. Onlar bütlərə səcdə etməmək üçün adamlara cəsarətlə xəbərdarlıq edir və Allaha tərəf dönməyə çağırırdılar. Bu baxımdan İlyas peyğəmbərlə Baal bütünün kahinlərinin mübahisəsi barədə hekayət xüsusilə diqqəti cəlb edir.
Kitabın məzmunu
1:1-2:12 Davudun padşahlığının sonu
2:13-46 Süleymanın padşah olması
3:1-11:43 Süleymanın hakimiyyəti
3:1-4:34 Erkən illər
5:1-8:66 Məbədin tikilməsi
9:1-11:43 Sonrakı illər
12:1-22:53 Padşahlığın bölünməsi
12:1-14:20 Şimal qəbilələrinin üsyanı
14:21-16:34 Yəhuda və İsrailin padşahları
17:1-19:21 İlyas peyğəmbər
20:1-22:40 İsrail padşahı Axav
22:41-53 Yəhuda padşahı Yehoşafat və İsrail padşahı Axazya

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy