YouVersion Logo
Search Icon

VƏHY 4

4
Göydəki taxt
1Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». 2#Yez. 1:26-28; 10:1Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. 3Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. 4Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 5#Çıx. 19:16; Yez. 1:13; Vəhy 1:4; 8:5; 11:19; 16:18Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. 6#Yeş. 6:2-3; Yez. 1:5-10,18,22; 10:12,14; 5:1; Yeş. 29:11; Yez. 2:9-10Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi.
Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. 7Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. 8Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:
«Var Olmuş, Var Olan və Gəlməli Olan
Külli-İxtiyar Rəbb Allah
Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə 10iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:
11«Ey bizim Rəbbimiz və Allahımız!
Sən izzət, şərəf və qüdrət almağa layiqsən.
Çünki hər şeyi Sən yaratdın,
Hər şey Sənin iradənlə var olub yarandı».

Currently Selected:

VƏHY 4: MK2012

Highlight

Copy

Compare

Share

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in