İbranilərə 5
5
1İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. 2Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur. 3#Lev. 9:7Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir. 4#Çıx. 28:1Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.
5 #
Zəb. 2:7
Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona
«Sən Mənim oğlumsan,
Mən bu gün Sənə Ata oldum»
deyən Allah Onu izzətləndirdi. 6#Zəb. 110:4Digər yerdə isə O belə deyir:
«Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən».
7 #
Mat. 26:36-46; Mark 14:32-42; Luka 22:39-46 Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. 8O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. 9Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu 10və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.
Kamilliyə doğru irəliləyək
11Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. 12#1Kor. 3:2Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. 13Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir. 14Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.
Currently Selected:
İbranilərə 5: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.