Efeslilərə 5
5
1Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. 2#Çıx. 29:18; Zəb. 40:6Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
3Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. 4Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. 5Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Nurda gəzin
6Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. 7Buna görə də onların şəriki olmayın. 8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. 9Çünki nurun bəhrəsi#5:9 Nurun bəhrəsi – bəzi əlyazmalarda Ruhun səmərəsi (Qal. 5:22). hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. 10Rəbbi razı salan şeyləri ayırd edin, 11qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. 12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. 13Nurun ifşa etdiyi hər şey aşkardır, 14bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir:
«Ey yatan, oyan və ölülər arasından diril!
Məsih sənin üzərinə nur saçacaq».
15Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. 16#Kol. 4:5Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 17Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. 18Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. 19#Kol. 3:16-17Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. 20Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
21Məsih qorxusu ilə bir-birinizə tabe olun.
22 #
Kol. 3:18; 1Pet. 3:1-2 Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. 23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. 24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsun.
25 #
Kol. 3:19; 1Pet. 3:7 Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 26Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. 30Axı biz Onun bədən üzvləriyik.#5:30 Üzvləriyik – bəzi əlyazmalarda üzvləriyik, Onun ətindən, sümüklərindənik.
31 #
Yar. 2:24
«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. 33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.
Currently Selected:
Efeslilərə 5: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.