Həvarilərin İşləri 8
8
Şaul imanlıları təqib edir
1Stefanın qətlindən Şaul da raz qalmışdı.
O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. 2Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. 3#Həv. 22:4-5; 26:9-11Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.
Filip Samariyada
4Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. 5Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. 6Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. 7Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 8Ona görə bu şəhərdə bol sevinc var idi.
Cadugər Şimon
9Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. 10Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüvvəsi budur». 11Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. 12Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. 13Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.
14Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. 15Peterlə Yəhya oraya çatanda dua etdi ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar. 16Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. 17Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydu və onlar Müqəddəs Ruhu aldılar. 18Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək 19dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın». 20Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. 21Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. 22Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. 23Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». 24Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
25Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.
Filip və Həbəşli hərəmağası
26Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». 27Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. 28Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. 29Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». 30Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» 31Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. 32#Yeş. 53:7-8O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu:
«Kəsilməyə aparılan qoyun kimi,
Qırxanların qabağında dilsiz quzu kimi
Ağzını açmadı.
33Alçaldığı zaman ədalətdən məhrum oldu.
Onun nəslini kim təsvir edə bilər?
Onun həyatı yer üzündən götürülür».
34Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» 35Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. 36Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?»#8:36-37Mane olurmu? – bəzi əlyazmalarda mane olurmu?» 37 Filip dedi: «Əgər bütün qəlbinlə iman edirsənsə, mümkündür». Hərəmağası cavab verdi: «İsa Məsihin Allahın Oğlu olduğuna inanıram». 38Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. 39Sudan çıxanda Rəbbin Ruhu#8:39 Rəbbin Ruhu – bəzi əlyazmalarda Müqəddəs Ruh hərəmağasının üstünə endi. Rəbbin mələyi isə. Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. 40Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.
Currently Selected:
Həvarilərin İşləri 8: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.