1 Peter 4
4
Allahın iradəsinə görə yaşamaq
1Beləliklə, Məsih cismən#4:1 Cismən – bəzi əlyazmalarda bizim üçün cismən. əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. 2Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır. 3Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər! 4İmanlı olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadığınıza görə təəccüb edir, sizə şər atırlar. 5Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olan Allaha cavab verəcəklər. 6Çünki bu səbəbə görə Müjdə ölülərə də yayıldı ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasınlar.
7Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun. 8#Sül. 10:12; Yaq. 5:19-20Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər». 9Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. 10Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. 11Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!
Məsih uğrunda əzab çəkmək
12Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. 13Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. 14Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.#4:14 Qalır – bəzi əlyazmalarda qalır. Digərlərin arasında söyülür, sizin aranızda izzətlənir. 15Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. 16Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin. 17Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq? 18#Sül. 11:31Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsız və günahkar necə olacaq? 19Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.
Currently Selected:
1 Peter 4: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.