YouVersion Logo
Search Icon

VƏHY GİRİŞ

GİRİŞ
«Vəhy Kitabı» məsihçilərin İsa Məsihə Rəbb kimi iman etdiklərinə görə təqib olunduqları dövrdə yazılıb. Ehtimal olunur ki, kitab ya imperator Neronun hakimiyyətinin (miladdan sonra 54-68) son illərində ya da imperator Domisianın hakimiyyəti (miladdan sonra 81-96) dövründə yazılıb. Müəllifin əsas qayğısı imanlılara bu təqiblərdə və iztirablar zamanı təsəlli verməkdir. Kitabın böyük bir hissəsi rəmzi dillə təsvir olunmuş vəhy və görüntülərdən ibarətdir.
Bu kitabın izahına aid müxtəlif rəylər mövcud olsa da, əsas mövzu aydındır: İsa Məsih vasitəsilə Allah, nəhayət, Şeytan da daxil olmaqla düşmənlərini tamamilə məğlub edəcək. Allah tam qalib gələndə Öz sadiq övladlarını yeni göy və yeni yer xeyir-duaları ilə mükafatlandıracaq.
Kitabın məzmunu:
1:1-3 Giriş
1:4-3:22 Açıq görüntü və yeddi cəmiyyətə məktub
4:1-8:1 Yeddi möhürlü tumar
8:2-11:19 Yeddi şeypur
12:1-13:18 Əjdaha və iki heyvan
14:1-15:8 Müxtəlif görüntülər
16:1-21 Allahın hiddəti və yeddi kasa
17:1-18 Fahişə qadın
18:1-24 Babilin dağılması
19:1-21 Göylərdə sevinc
20:1-15 Minillik Padşahlıq
21:1-22:5 Yeni göy, yeni yer, yeni Yerusəlim
22:6-21 İsanın zühuru

Currently Selected:

VƏHY GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy