YouVersion Logo
Search Icon

VƏHY 2

2
Efesdəki cəmiyyət
1Efesdə olan cəmiyyətin mələyinə yaz:
Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: 2sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. 3Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın.
4Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. 5Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib#2:5 Yanına gəlib – bəzi əlyazmalarda tezliklə yanına gəlib. çıraqdanını yerindən götürəcəyəm. 6Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm.
7 # Yar. 2:9; Yez. 28:13; 31:8; Vəhy 22:2 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
İzmirdəki cəmiyyət
8 # Yeş. 44:6; 48:12; Vəhy 1:17; 22:13 İzmirdə olan cəmiyyətin mələyinə yaz:
Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: 9sənin əziyyətindən#2:9 Əziyyətindən – bəzi əlyazmalarda əməllərindən, əziyyətindən. və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 10Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm.
11 # Vəhy 20:14; 21:8 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
Berqamadakı cəmiyyət
12Berqamada olan cəmiyyətin mələyinə yaz:
İkiağızlı iti qılıncı Olan belə deyir: 13gör harada,#2:13 Gör harada – bəzi əlyazmalarda sənin əməllərindən və gör harada. Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.
14 # Say. 22:5,6; 25:1-3; 31:16; Qanun. 23:4 Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 15Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 16Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm.
17 # Çıx. 16:12-15,33-35; Yeş. 62:2; 65:15; Yəh. 6:31,48-50,58 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli#2:17 Gizli – bəzi əlyazmalarda yemək üçün gizli. saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Tiatiradakı cəmiyyət
18Tiatirada olan cəmiyyətin mələyinə yaz:
Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 19sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur.
20 # 1Pad. 16:31; 2Pad. 9:22,30 Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 21Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 22Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 23#Zəb. 7:9; 62:12; Yer. 17:10Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.
24Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 25ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.
26 # Zəb. 2:8-9 Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
27“Dəmir əsa ilə onlara ağalıq edəcək,
Saxsı qablar kimi onları çilik-çilik edəcək”.
28Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 29Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Currently Selected:

VƏHY 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy