YouVersion Logo
Search Icon

ZƏBUR 2

2
Məzmur 2
1 # Həv. 4:25-26 Nə üçün millətlər belə vurnuxmaya düşür,
Ümmətlər boş şeylər düşünür?
2Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və
Onun məsh etdiyinə qarşı birləşir.
3Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,
Üstümüzdəki zəncirlərini ataq».
4Göylərin sakini gülür,
Xudavənd onlara istehza edir.
5Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,
Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6O deyir: «Mən padşahımı
Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7 # Həv. 13:32-33; İbr. 1:5; 5:5 Rəbbin fərmanını elan edəcəyəm.
Rəbb mənə dedi:
«Sən Mənim oğlumsan,
Mən bu gün sənə Ata oldum.
8Məndən istə, onda irs olaraq millətləri,
Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri
Sənə verərəm.
9 # Vəhy 2:26-28; 12:5; 19:15 Onları dəmir əsa ilə qıracaqsan,
Saxsı qab kimi çilik-çilik edəcəksən».
10İndi, ey şahlar, müdrik olun!
Ey dünya hakimləri, ibrət alın!
11Rəbdən qorxub Ona xidmət edin,
Həm titrəyin, həm sevinin.
12Oğulu öpün ki, qəzəblənməsin,
Yoxsa tutduğunuz yolda məhv olarsınız.
Çünki qəzəbi tezliklə alovlanar.
Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

Currently Selected:

ZƏBUR 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy