YouVersion Logo
Search Icon

FİLİPİLİLƏRƏ GİRİŞ

GİRİŞ
Paulun «Filipililərə Məktubu» onun Roma imperatorluğunun vilayəti olan Makedoniyada əsasını qoyduğu cəmiyyətə ünvanlanıb. Paul bu məktubu zindanda olarkən yazmışdı. O zaman həvari başqa məsihçi həmkarlarının ona qarşı çıxmasına və bu cəmiyyətdə yanlış təlimlərin yayılmasına görə narahat idi. Amma onun çəkdiyi əzab-əziyyətlərə baxmayaraq, bu məktub sevinc və inam ruhunda yazılmışdır. Bunu yalnız Paulun İsa Məsihə böyük imanı ilə izah etmək olar.
Bu məktubun yazılmasının səbəbi Paulun Filipi imanlılarına onun ehtiyac içində olarkən göndərdikləri maddi yardıma görə minnətdarlığını bildirmək idi. Həvari onları ruhlandırırdı ki, çəkdikləri əzablara baxmasınlar və onun kimi mətin olsunlar. Paul Filipi imanlılarını xudbin və qürurlu olmaq əvəzinə İsa Məsih kimi həlim və itaətkar olmağa çağırır. Paul yada salır ki, onların Məsihlə birliyi Allahın lütfü ilə, iman vasitəsilə aldıqları hədiyyədir və bu, Yəhudi qanununun mərasimlərinə əməl etmək vasitəsilə əldə olunmayıb. Paul həm də İsa Məsihlə birlikdə yaşayanlar üçün Allahın bəxş etdiyi sevinc və sülhdən yazır.
Bu məktub həm də məsihçi imanında və həyatında olan sevinc, əminlik, birlik və dözümü vurğulayır.
Məktubun məzmunu:
1:1-11 Salamlar, təşəkkür və dua
1:12-26 Paulun vəziyyəti
1:27-2:18 Ruhlandırıcı sözlər
2:19-30 Timotey və Epafrodit üçün planlar
3:1-21 Həqiqi salehlik
4:1-23 Son öyüdlər və təşəkkürlər

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy