YouVersion Logo
Search Icon

FİLİPİLİLƏRƏ 2:3-8

FİLİPİLİLƏRƏ 2:3-8 AZJ08

Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. Məsih İsa necə düşündü, siz də elə düşünün. Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi.