YouVersion Logo
Search Icon

SAYLAR GİRİŞ

GİRİŞ
«Saylar» Kitabı İsrail xalqının Sina dağını tərk etdiyi vaxtdan Allahın onlara vəd etdiyi ölkənin şərq sərhədinə çatdıqları vaxta qədər qırx illik tarixi əhatə edir. Kitab İsraillilərin mühüm bir işinin adı ilə bağlıdır: Musa peyğəmbərin İsrail xalqı ilə yola düşməzdən əvvəl Sina dağında İsrail xalqını siyahıya alması və bir nəsil böyüdükdən sonra İordan çayının şərqində – Moavda yenə də İsrail xalqını siyahıya alması. İki siyahıyaalma dövrü arasında İsraillilər Kənanın cənub sərhədinə – Qadeşə getdilər, amma vəd olunmuş ölkəyə girə bilmədilər. Onlar həmin ərazidə uzun illər qaldıqdan sonra İordan çayının şərqinə getdilər. Xalqın bir hissəsi burada məskunlaşdı, qalan hissəsi isə Kənana daxil olmaq üçün İordan çayını keçməyə hazırlaşdı.
«Saylar» Kitabı çətinliklər qarşısında ruhdan düşən və qorxan, Allaha və Onun göndərdiyi elçiyə – Musaya qarşı üsyankar olan xalqın salnaməsidir. Xalq dəfələrlə Allaha zəif iman və itaətsizlik göstərməsinə baxmayaraq, O Öz xalqına sədaqətli olmuş və ona davamlı qayğı göstərmişdir.
Kitabın məzmunu:
1:1-9:23 İsraillilərin Sina dağını tərk etməyə hazırlaşması
1:1-4:49 Birinci siyahıyaalma
5:1-8:26 Müxtəlif qanun və qaydalar
9:1-23 İkinci Pasxa
10:1-21:35 Sina dağından Moava
22:1-32:42 Moavda baş vermiş hadisələr
33:1-49 Misirdən Moava səyahətin yekunu
33:50-36:13 İordan çayını keçməzdən əvvəl Rəbbin verdiyi öyüd-nəsihətlər

Currently Selected:

SAYLAR GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy