YouVersion Logo
Search Icon

LUKA GİRİŞ

GİRİŞ
«Lukanın nəql etdiyi Müjdə» İsa Məsihi həm İsrailin, həm də bütün bəşəriyyətin vəd olunmuş Xilaskarı olaraq təqdim edir. Luka yazır ki, İsa «fəqirlərə müjdəni bildirmək üçün» göndərilmişdi. Bu Müjdə insan ehtiyaclarını aradan qaldırma yollarını göstərən və insanların qayğısına qalan fikirlərlə doludur. Lukanın nəql etdiyi Müjdənin xüsusi keyfiyyətlərindən biri də burada olan sevinc əhval-ruhiyyəsidir. Bu, xüsusilə, Müjdənin başlanğıcında İsanın gəlişini və sonda İsanın göyə qaldırılmasını bəyan edən fəsillərdə təsvir olunur. İsanın göyə qaldırılmasından sonra məsihçi imanının artıb-yayılması həmin müəllif tərəfindən «Həvarilərin İşləri» kitabında yazılmışdır.
Buraya daxil olan iki hissə (1-2 və 9-19-cu fəsillər) yalnız bu kitabda təsvir olunur. Onlardan biri mələklərin nəğməsi və İsa anadan olanda çobanların Onun yanına gəlməsidir. Bu hissələrə həmçinin yeniyetmə İsanın məbəddə olması, xeyirxah Samariyalı və itmiş oğul məsəlləri də daxildir.
Bu Müjdədə dua, Müqəddəs Ruhun fəaliyyəti, İsanın xidmətində qadınların rolu və Allahın günahları bağışlaması xüsusilə vurğulanır.
Kitabın məzmunu:
1:1-4 Kitabın Teofilə həsr olunması
1:5-2:52 Vəftizçi Yəhyanın və İsa Məsihin doğulması
3:1-20 Vəftizçi Yəhyanın xidməti
3:21-4:13 İsanın vəftizi və sınağa çəkilməsi
4:14-9:50 İsanın Qalileyada ictimai xidməti
9:51-19:27 Qalileyadan Yerusəlimə
19:28-23:56 Yerusəlimdəki son günlər
24:1-53 Rəbbin dirilməsi, görünməsi və göyə qaldırılması

Currently Selected:

LUKA GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy