LEVİLİLƏR GİRİŞ
GİRİŞ
«Levililər» Kitabı İsraillilərin hələ də Sina dağında qalmasını təsvir edir. Bu kitab qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs edir.
Burada həmçinin bu ibadət üçün məsuliyyət daşıyan Levi tayfasından olan Harun və onun oğullarının kahinlik vəzifəsinə təyin olunmasından danışılır.
Allahın müqəddəsliyi və insanların Onunla daima ünsiyyətdə olmaq üçün ibadət etməsinin yolları kitabın əsas mövzusudur. İsa Məsihin ikinci böyük əmr adlandırdığı məşhur sözləri: «Qonşunu özün kimi sev» bu kitabdandır (19:18).
Kitabın məzmunu:
1:1-7:38 Təqdim və qurbanlar haqqında qanunlar
8:1-10:20 Harunun və onun oğullarının kahinliyə təyin olunması
11:1-15:33 Paklıq və murdarlıq haqqında qanunlar
16:1-34 Kəffarə günü
17:1-27:34 Təqdisolunma və ibadət haqqında qanunlar
Currently Selected:
LEVİLİLƏR GİRİŞ: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009