YouVersion Logo
Search Icon

YEREMYA GİRİŞ

GİRİŞ
Yeremya peyğəmbər miladdan əvvəl vii əsrin ikinci yarısında və vi əsrin birinci yarısında yaşamışdır. O, kahin idi. Uzun sürən xidmət müddətində Allahın xalqını bütpərəstliyə uymaqları və günah nəticəsində düçar olduqları bəla barədə xəbərdarlıq edirdi. Onun qabaqcadan söylədiyi peyğəmbərliklər – Yerusəlimin süqutu, Navuxodonosorun şəhəri və məbədi dağıtması, Yəhuda padşahının və xalqının Babilə sürgün edilməsi gerçək oldu. Yeremya həmçinin xalqın sürgündən qayıtmasını və millətin dirçəlişini də qabaqcadan söyləmişdi.
Yeremya peyğəmbər öz xalqını sevən, onun məhkum olmasından kədərlənən həssas bir adam idi. Kitabın çox yerində o, Allahın peyğəmbəri olduğu üçün iztirablar çəkməsi barədə ürək ağrısı ilə danışır. Rəbbin sözü onun qəlbində sanki yanar od idi, Yeremya onu ürəyində saxlaya bilmirdi.
Kitabda bəzi böyük peyğəmbərliklər Yeremyanın yaşadığı çətin dövrdən sonrakı gələcəyə işarə edir: Yeremya Yeni Əhd barədə danışır. Allahın xalqı bu əhdi yadda saxlayacaq, çünki həmin əhd onların qəlbinə yazılacaq.
Kitabın məzmunu
1:1-19 Yeremyanın çağırışı
2:1-25:38 Yoşiyanın, Yehoyaqimin, Yehoyakinin və Sidqiyanın hökmranlıq etdiyi dövrdə peyğəmbərliklər
26:1-45:5 Yeremyanın həyatında olan hadisələr
46:1-51:64 Millətlərə qarşı peyğəmbərliklər
52:1-34 Yerusəlimin süqutu

Currently Selected:

YEREMYA GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy