YouVersion Logo
Search Icon

HUŞƏ 1

1
1 # 2Pad. 15:1-7; 2Saln. 26:1-23 # 2Pad. 15:32-38; 2Saln. 27:1-8 # 2Pad. 16:1-20; 2Saln. 28:1-27 # 2Pad. 18:1—20:21; 2Saln. 29:1—32:33 # 2Pad. 14:23-29 Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.
Huşənin arvadı və uşaqları
2Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». 3Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. 4#2Pad. 10:11 Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. 5Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».
6Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama#1:6 Lo-Ruxama – ibrani dilində mərhəmət tapmamış. qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. 7Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».
8Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. 9Rəbb dedi: «Onun adını Lo-Ammi#1:9 Lo-Ammi – ibrani dilində xalqım deyil. qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.
10 # Rom. 9:26 Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. 11Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel#1:11 İzreel – ibrani dilində Allah əkir mənasında olub inkişaf və rifah deməkdir. günü möhtəşəm bir gün olacaq.

Currently Selected:

HUŞƏ 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy