YouVersion Logo
Search Icon

HAQQAY 1

1
Rəbb Yerusəlimdəki məbədinin bərpası haqqında əmr verir
1 # Ezr. 5:1; 6:14 Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində #1:1 Miladdan əvvəl 29 avqust 520-ci il. Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2«Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”».
3Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu:
4«Bu məbəd xaraba qaldığı halda
Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?»
5İndi isə Ordular Rəbbi belə deyir:
«Həyat yollarınız haqqında yaxşı düşünün.
6Çox əkdiniz, amma az götürdünüz.
Yeyirsiniz, amma doymursunuz.
İçirsiniz, amma susuzluğunuz yatmır.
Geyinirsiniz, amma geyiminiz sizi isitmir.
Məvacibiniz cırıq kisəyə qoyulur».
7Ordular Rəbbi belə deyir:
«Həyat yollarınız haqqında yaxşı düşünün.
8İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun.
Onda razı qalaram, izzətlənərəm».
Bunu deyən Rəbdir.
9Ordular Rəbbi belə bəyan edir:
«Çox şey gözlədiniz, budur, az oldu.
Az olanı da evə gətirəndə onları sovurdum.
Nə üçün? Xaraba qalan məbədimə görə.
Amma siz öz evləriniz üçün əlləşirsiniz.
10Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi.
11Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına,
Torpağın yetirdiyi nemətlərə,
Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə
Mən quraqlıq elan etdim».
12Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu. 13Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”». 14Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı. 15Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi.

Currently Selected:

HAQQAY 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy