YouVersion Logo
Search Icon

EZRA GİRİŞ

GİRİŞ
«Ezra»«Nehemya» Kitabları vəhdət təşkil edib «Salnamələr» Kitabının davamıdır. Bu kitab yəhudilərin Babil sürgünlüyündən qayıtmasından və Yerusəlimdəki məbədin bərpa olunmasından danışır. Kitabın müəllifi sübut edir ki, yəhudilərin qovulmasına və padşahlığın dağılmasına baxmayaraq, onlar yenə də Allahın seçilmiş xalqı olaraq qalırlar. Kitabın baş qəhrəmanı ilahiyyatçı, Allahın qanununu yaxşı bilən və Ona sadiq olan Ezradır. O öz imanı ilə İsrailin mənəvi irsini qorumaq üçün xalqın ruhani və ictimai həyatının bərpasına kömək edir.
Kitabda hadisələr belə ardıcıllıqla qələmə alınıb:
Sürgündə olan yəhudilərin bir hissəsinin Fars padşahı Kirin əmri ilə vətənə qayıtması.
Məbədin yenidən tikilməsi və təqdis olunması; Yerusəlimdə Allaha ibadətin bərpası.
Sürgündə olan yəhudilərin başqa bir hissəsinin Yerusəlimə qayıtması və nikah problemi.
Kitabın məzmunu:
1:1-2:70 Sürgündən Yəhudaya birinci qayıdanlar
3:1-6:22 Məbədin yenidən tikilməsi və təqdis edilməsi
7:1-10:44 Ezranın başqa sürgün olunanlarla birgə qayıtması

Currently Selected:

EZRA GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy