YouVersion Logo
Search Icon

YEZEKEL GİRİŞ

GİRİŞ
Yezekel peyğəmbər miladdan əvvəl 593-571-ci illərdə peyğəmbərlik edirdi. O, Babildə sürgündə yaşayırdı. Onun sözləri həm sürgündə yaşayan həmvətənlərinə, həm də Yerusəlim əhalisinə aid idi. «Yezekel» Kitabında təsvir olunan vacib hadisələr bunlardır:
Allah Yezekeli peyğəmbər olmağa çağırır. Sonra o, insanların üzərinə gələn Allah cəzası, Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq edir.
Yezekel Allahın xalqına zülm edən millətlərin Onun tərəfindən mühakimə edilməsi barədə peyğəmbərlik edir. Lakin Allah sədaqətlidir, buna görə də Yerusəlimin süqutu və dağıdılmasından sonra İsrail xalqına təsəlliverici sözlər və gələcəyə parlaq ümid verir.
Kitabın məzmunu bir qədər çətin anlaşılır, çünki onun bir hissəsini görüntülər təşkil edir.
Bu kitabda həm də bərpa olunmuş məbəd və İsrail Yezekelin təsvirində böyük maraq doğurur. Yezekel böyük imana malik idi. O, ürəklərin və ruhani vəziyyətin yeniləşməsinin zəruriliyini, hər insanın öz günahlarına görə məsuliyyət daşımasını vurğulayırdı. Yezekel xalqın həyatının yeniləşməsi barədə car çəkirdi. O, kahin və peyğəmbər kimi məbədin bərpa olunmasına və İsrailin qanuna uyğun pak olmasına ehtiyac duyurdu.
Kitabın məzmunu:
1:1-3:37 Allah Yezekeli peyğəmbər olmağa çağırır
4:1-24:27 Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq
25:1-32:32 Allahın millətlər üzərində məhkəməsi
33:1-37:28 Allahın Öz xalqına vədləri
38:1-39:29 Qoqa qarşı peyğəmbərlik
40:1-48:35 Gələcək məbəd və ölkə barədə görüntü

Currently Selected:

YEZEKEL GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy