YouVersion Logo
Search Icon

ÇIXIŞ GİRİŞ

GİRİŞ
«Çıxış» Kitabının adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın köməyi ilə Misir köləliyindən çıxmasıdır. Allah Öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi xalqına belə aşkar etdi.
Bu kitab dörd əsas hissədən ibarətdir: (1) İsraillilərin köləlikdən azad olması; (2) Onların Sina dağına getməsi; (3) Allahın Öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və dini qanunların verilməsi; (4) İsrail üçün ibadətgahın – müqəddəs məskənin və onun avadanlığının qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda-qanunların verilməsi.
Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasından danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün Allah tərəfindən rəhbər seçilmişdir.
Kitabın məzmunu:
1:1-15:21 İsraillilərin Misir köləliyindən azad olması
1:1-22 Misirdə köləlik
2:1-4:31 Musanın doğulması və həyatının ilk dövrü
5:11-11:10 Musanın və Harunun Misir fironuna qarşı çıxması
12:1-15:21 Pasxa və Misirdən çıxış
15:22-18:27 Qırmızı dənizdən Sina dağına köçmə
19:1-24:18 Sina dağında bağlanmış əhd və qanunlar
19:1-25 İsraillilər Sina dağında
20:1-26 Allahın on əmri
21:1-24:18 Digər hökmlər
25:1-40:38 Müqəddəs məskən və ibadət üçün qaydalar

Currently Selected:

ÇIXIŞ GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy