YouVersion Logo
Search Icon

EFESLİLƏRƏ GİRİŞ

GİRİŞ
Paulun «Efeslilərə Məktubu»nun mövzusu əsasən məktubun 1:10-cu ayəsinin ətrafındadır:
«Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək».
Bu həm də Allahın xalqına bir xahişdir ki, onlar Allahın böyük planına uyğun olaraq yaşayıb insanları İsa Məsihdə birliyə çatdırsınlar.
Məktubun birinci hissəsində müəllif Ata Allahın Öz xalqını seçməsi, onların günahlarını Oğlu İsa Məsih vasitəsilə bağışlaması və Allahın Müqəddəs Ruh tərəfindən zəmanət verilmiş vədi barədə danışır. Məktubun ikinci hissəsində Paul oxucularından xahiş edir ki, onların Məsihdəki birliyi yaşadığı həyatları ilə uyğun olsun.
Paul bu məktubu yazarkən məcazi mənada ifadələr işlədir. Bunu Allahın xalqının Məsihdə birliyini nümayiş etdirmək üçün edir. Məsələn, imanlı cəmiyyəti insan bədəninə, Məsih isə bu bədənin başına yaxud imanlılar binaya, Məsih isə guşədaşına bənzədilir. Paul həm də burada Məsihdə Allahın verdiyi lütfdən çox danışır. Hər bir şey Məsihin məhəbbətinin, bağışlamasının, lütfünün və paklığının nurunda göstərilir.
Kitabın məzmunu:
1:1-2 Giriş
1:3-3:21 Məsih və imanlılar cəmiyyəti
4:1-6:20 Məsihdə yeni həyat
6:21-24 Son salamlar

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy