YouVersion Logo
Search Icon

VAİZ GİRİŞ

GİRİŞ
«Vaiz» Kitabı insan həyatının qısa və təzadlı olmasından, onun müəmmalı haqsızlığından, insan ümidlərinin puça çıxmasından və «həyat puçdur» deyib bu nəticəyə gələn adamın fikirlərindən danışır. O, insan həyatını nizamlayan Allahın yollarını başa düşə bilmir. Buna baxmayaraq, adamlara səylə işləməyi və Allahın bəxş etdiyi nemətlərdən zövq almağı tövsiyə edir.
Vaizin çox fikirləri mənfi və sıxıntılı görünür. Lakin bu kitabın Müqəddəs Kitaba daxil olması göstərir ki, Allaha inam belə bədbinliyi və ruh düşkünlüyünü aradan qaldıra bilər.
Çox adam «Vaiz» Kitabını oxuyarkən öz fikir və düşüncələrini sanki güzgüdə görür və bu kitabdan təsəlli tapır. Belə fikirlər əks etdirən adam Allaha daha çox ümid etməyi öyrənir və beləliklə, həyatın əsl mənasını aşkar edir.
Kitabın məzmunu:
1:1-18 Hər şey puçdur
2:1-26 Şadlığın puçluğu
3:1-22 Hər şeyin öz vaxtı var
4:1-16 Dünyanın əziyyətləri
5:1-6:20 Allaha münasibət
7:1-8:17 Hikmət haqqında
9:1-10:20 Hər kəsin taleyi eynidir
11:1-11:6 Zəhmətin qiyməti
11:7-12:8 Son məsləhət: Allahı yada sal
12:9-14 Son söz

Currently Selected:

VAİZ GİRİŞ: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy