YouVersion Logo
Search Icon

VAİZ 2

2
Şadlığın puçluğu
1Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. 2Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. 3Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
4 # 1Pad. 10:23-27; 2Saln. 9:22-27 Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, 5özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. 6Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. 7#1Pad. 4:23 Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. 8#1Pad. 10:10,14-22 Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
9 # 1Saln. 29:25 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
10Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim,
Ürəyimi heç bir həzzdən məhrum etmədim,
Könlüm etdiyim hər işdən zövq aldı.
Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
11Mən etdiyim bütün işlərə,
Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım:
Gördüm ki, hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Səma altında bunların faydası yoxdur.
Hikmət və ağılsızlıq puçdur
12Sonra mən hikmət, dəlilik və ağılsızlığın
Nə olduğuna dönüb baxdım.
Bundan sonra padşah olan adam
İndiyə qədər görülən işlərdən başqa
Nə edə bilər ki?
13Mən gördüm ki,
Necə işıq qaranlıqdan üstündürsə,
Hikmət də ağılsızlıqdan eləcə üstündür.
14Hikmətli adamın gözləri yerindədir,
Ağılsız adam isə qaranlıqda gəzir.
Lakin mən yenə bilirəm ki,
İkisinin də aqibəti eyni cür olur.
15Mən ürəyimdə dedim:
“Mənim də aqibətim ağılsız adamın
Aqibəti kimi olacaq.
Onda hikmətli olmağımın
Nə faydası var?”
Ona görə də ürəyimdə dedim:
“Bu da puçdur”.
16Çünki müdrik adam da
Ağılsız adam kimi
Bir daha xatırlanmayacaq,
Gələcək dövrdə hamısı unudulacaq.
Heyf ki hikmətli adam da
Ağılsız adam kimi ölür!
17Beləcə həyata nifrət etdim,
Çünki səma altında edilən işlər
Mənim üçün dərddir.
Hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Zəhmətin puçluğu
18Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. 19Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. 20Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. 21Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. 22İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? 23#Əyy. 5:7; 14:1 Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
24 # Vaiz 3:13; 5:18; 9:7; Yeş. 56:12; Luka 12:19; 1Kor. 15:32 İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. 25Çünki Onsuz #2:25 Onsuz – bəzi qədim mətnlərdə mənsiz. kim yeyə, kim kef çəkə bilər? 26#Əyy. 32:8; Sül. 2:6 Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Currently Selected:

VAİZ 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy