YouVersion Logo
Search Icon

KOLOSSELİLƏRƏ 2

2
1İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. 2Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi#2:2 Allahın sirri olan Məsihi – bəzi əlyazmalarda Allahın – həm Atanın, həm də Məsihin sirrini. dərk etsinlər. 3Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. 4Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. 5Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.
Məsihin qoyduğu həyat tərzi
6Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. 7Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
8Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. 9Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 10Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. 11Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən#2:11 Cismani təbiətdən – bəzi əlyazmalarda günahkar cismani təbiətdən. ayrılaraq sünnət olundunuz. 12#Rom. 6:4Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. 13#Ef. 2:1-5Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb 14#Ef. 2:14-16tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini#2:14 Borc sənədi – yəni Musanın Qanunu. ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 15Allah başçıları və hakimləri#2:15 Başçıları və hakimləri – yəni qüvvətli şər ruhları. tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
16 # Rom. 14:1-6 Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. 17Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. 18Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə#2:18 Gördüyü görüntülərə – bəzi əlyazmalarda görmədiyi şeylərə. güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. 19#Ef. 4:16O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən#2:19 Bədən – yəni imanlılar cəmiyyəti. buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
Məsihdə yeni həyat
20Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq 21«buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? 22Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. 23Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.

Currently Selected:

KOLOSSELİLƏRƏ 2: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy