YouVersion Logo
Search Icon

İKİNCİ ŞAMUEL GİRİŞ

GİRİŞ
«2 Şamuel» Kitabı «1 Şamuel» Kitabının davamıdır. Bu, Davudun əvvəl Yəhuda üzərində, sonra da, İsrail daxil olmaqla bütün millət üzərində hökmranlıq etməsinin tarixidir. Davud padşahlığının sərhədlərini genişləndirmək və mövqeyini möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənləri ilə mübarizə aparırdı. Bu Kitab Davudu böyük imana malik və Allaha həsr olunmuş, öz xalqının məhəbbətini qazanan bir insan kimi təsvir edir. Lakin o öz ehtiraslarına uyaraq böyük günah etdi. Amma Rəbbin peyğəmbəri Natan onun günahlarını ifşa edəndə Davud etiraf edərək Allahın verdiyi cəzanı həlimliklə qəbul edir. Davudun həyatı və nailiyyətləri İsrail xalqına o qədər təsir etmişdi ki, sonrakı dövrlərdə millət ən əzablı günlərində belə, Davuda bənzər bir padşah istəyir və arzuladığı padşahı «Davud oğlu» adlandırırdı.
Kitabın məzmunu:
1:1-4:12 Davudun Yəhuda üzərində hökmranlıq etməsi
5:1-24:25 Davudun bütün İsrail üzərində hökmranlıq etməsi
5:1-10:19 Erkən illər
11:1-12:25 Davud və Bat-Şeva
12:26-20:26 Əziyyət və çətinliklər
21:1-24:25 Sonrakı illər

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy