YouVersion Logo
Search Icon

1 SALONİKLİLƏRƏ 1

1
1 # Həv. 17:1 Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə#1:1 Sizə – bəzi əlyazmalarda Atamız Allah və Rəbb İsa Məsihdən sizə. lütf və sülh olsun!
Nümunəvi iman
2Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. 3Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 4Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 5Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. 6#Həv. 17:5-9Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. 7Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. 8Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. 9-10Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.

Currently Selected:

1 SALONİKLİLƏRƏ 1: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy