YouVersion Logo
Search Icon

BİRİNCİ ŞAMUEL GİRİŞ

GİRİŞ
«1 Şamuel» Kitabı İsrailin hakimlər dövründən padşahlığa keçid dövrünün salnaməsidir. Ölkədə dəyişikliklər əsasən üç nəfər – böyük hakimlərin sonuncusu Şamuelin, İsrailin birinci padşahı Şaulun və onların qarşılaşdığı İsrailin gələcək hökmdarı Davudun vasitəsilə baş verir. Şamuel və Şaul gənc Davudun həyatına təsir edir.
Əhdi-Ətiqin digər tarixi yazıları kimi bu kitabın da əsas mövzusu belədir: Allaha sədaqət uğur, itaətsizlik isə fəlakət gətirir. Bu fikir Rəbbin kahin Eliyə göndərdiyi xəbərdə aydın ifadə olunur: «Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!» (2:30).
«1 Şamuel» Kitabında padşahlığın qurulmasına müsbət nöqteyi-nəzərdən baxılmır, çünki Rəbb Özü İsrailin padşahı sayılırdı. Lakin xalqının xahişini nəzərə alaraq Rəbb onlar üçün padşah seçdi. Ən vacib o idi ki, İsrail xalqı da, padşah da Allahın hakimiyyəti altında yaşayırdı. Bütün xalqın – varlıların da, kasıbların da hüquqları Allahın qanunlarının himayəsi altında qorunurdu.
Qədim yunan və bəzi müasir tərcümələrdə «1 və 2 Şamuel» ilə «1 və 2 Padşahlar» Kitabları «1, 2, 3 və 4 Padşahlıqlar» başlığı ilə yazılıb.
Kitabın məzmunu:
1:1-7:17 Şamuel İsrailin hakimidir
8:1-10:27 Şaulun padşah seçilməsi
11:1-15:35 Şaulun hakimiyyətinin ilk illəri
16:1-30:31 Şaulun Davudu təqib etməsi
31:1-13 Şaul və oğullarının ölümü

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy