1 KORİNFLİLƏRƏ GİRİŞ
GİRİŞ
Paulun «Korinflilərə Birinci Məktubu»nun yazılmasının məqsədi onun Korinfdə əsasını qoyduğu cəmiyyətdə məsihçi həyatı və imanı ilə bağlı problemlərin həll edilməsi idi. Bu dövrdə Korinf Yunanıstanın böyük ümumdünyəvi şəhəri və Romanın Axayya adlanan vilayətinin paytaxtı idi. Korinf İonik və Egey dənizləri arasındakı ensiz bərzəxdə yerləşirdi. Şəhərin coğrafi mövqeyinə görə ticarət yaxşı inkişaf etmiş, burada müxtəlif dinlərin mövcud olmasına görə əxlaqsızlıq geniş yayılmışdı.
Həvari imanlı cəmiyyətindəki fikir ayrılığı, əxlaqsızlıq, cinsi münasibətlər, nikah, vicdan, nizam-intizam, Müqəddəs Ruhun ənamları və dirilmə məsələlərinə dair nöqteyi-nəzərlərə görə narahat idi. O, məktubunda Müjdənin bütün bu məsələlərə tamamilə cavab verdiyini açıqlayır. Məktubun 13-cü fəsli məhəbbəti Allahın Öz xalqına verdiyi ən gözəl ənamı kimi təqdim edir və bu, ən məşhur fəsildir.
Kitabın məzmunu:
1:1-9 Salamlar və minnətdarlıq
1:10-4:21 Korinf cəmiyyətindəki fikir ayrılığı
5:1-7:40 Əxlaqi məsələlər
8:1-11:1 Məsihçilər və bütpərəstlər
11:2-14:40 Məsihçi həyatı və ibadət
15:1-58 Məsihin və imanlıların dirilməsi
16:1-4 İanələr haqqında
16:5-24 Son xahişlər və salamlar
Currently Selected:
1 KORİNFLİLƏRƏ GİRİŞ: AZJ08
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
© United Bible Societies 2009