YouVersion Logo
Search Icon

BİRİNCİ SALNAMƏLƏR GİRİŞ

GİRİŞ
«1 və 2 Salnamələr» adlanan iki kitab «Şamuel»«Padşahlar» Kitablarındakı hadisələri yenidən başqa nöqteyi-nəzərdən işıqlandırır. «1 Salnamələr» Kitabı İsrail tarixinin yazılmasının iki əsas məqsədini göstərir:
İsrail və Yəhuda padşahlığının başına gəlmiş bəlalara baxmayaraq, Allah İsrail xalqına verdiyi vədlərinə sadiq olub Yəhudada yaşayanlar vasitəsilə Öz xalqı üçün niyyətini həyata keçirirdi. Müəllif bunu Davud və Süleymanın nailiyyətlərində, Yehoşafat, Xizqiya və Yoşiyanın islahatlarında, həmçinin xalqın Allaha sadiqliyində görürdü.
Yerusəlim məbədində xalqın Allaha səcdə etməsi, xüsusilə kahinlərlə Levililərin ibadət xidməti təsvir olunur. Süleyman məbədi tikdi, amma Davud məbədin təməlini və mərasimlərin əsasını qoydu.
Kitabın məzmunu
1:1-9:44 Nəsil şəcərələri və siyahılar
10:1-14 Şaulun ölümü
11:1-29:30 Davudun padşahlığı
11:1-22:1 Bəlalar və nailiyyətlər
22:2-29:30 Məbədi tikmək üçün hazırlıq

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy