YouVersion Logo
Search Icon

BİRİNCİ SALNAMƏLƏR 2

2
İsrailin oğulları
1İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, 2Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer.
Yəhudanın nəsilləri
3Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. 4Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.
5Peresin oğulları: Xesron və Xamul. 6Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. 7#Yeşua 7:1 Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. 8Etanın oğlu Azarya idi.
Davudun əcdadları
9Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. 10Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. 11Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. 12Boazdan Oved törədi və Oveddən Yessey törədi. 13Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, 14dördüncüsü Netanel, beşincisi Radday, 15altıncısı Osem, yeddincisi Davud. 16Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. 17Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.
Xesronun başqa nəsilləri
18Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. 19Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu. 20Xurdan Uri törədi. Uridən Besalel törədi.
21Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. 22Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. 23Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. 24Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.
25Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. 26Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. 27Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. 28Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. 29Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. 30Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. 31Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. 32Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. 33Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.
34Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. 35Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. 36Attaydan Natan törədi. Natandan Zavad törədi. 37Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. 38Oveddən Yehu törədi. Yehudan Azarya törədi. 39Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. 40Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. 41Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi.
42Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. 43Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. 44Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi. 45Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. 46Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. 47Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. 48Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. 49O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. 50Bunlar Kalevin nəsilləri idi.
Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, 51Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. 52Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. 53Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. 54Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. 55Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy