1
Romalilara Məktubu 6:23
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
Compare
Explore Romalilara Məktubu 6:23
2
Romalilara Məktubu 6:14
Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız.
Explore Romalilara Məktubu 6:14
3
Romalilara Məktubu 6:4
Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
Explore Romalilara Məktubu 6:4
4
Romalilara Məktubu 6:13
Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Explore Romalilara Məktubu 6:13
5
Romalilara Məktubu 6:6
Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi.
Explore Romalilara Məktubu 6:6
6
Romalilara Məktubu 6:11
Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
Explore Romalilara Məktubu 6:11
7
Romalilara Məktubu 6:1-2
Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın? Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
Explore Romalilara Məktubu 6:1-2
8
Romalilara Məktubu 6:16
Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz.
Explore Romalilara Məktubu 6:16
9
Romalilara Məktubu 6:17-18
Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz. Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
Explore Romalilara Məktubu 6:17-18