1
Romalilara Məktubu 5:8
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Compare
Explore Romalilara Məktubu 5:8
2
Romalilara Məktubu 5:5
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Explore Romalilara Məktubu 5:5
3
Romalilara Məktubu 5:3-4
Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
Explore Romalilara Məktubu 5:3-4
4
Romalilara Məktubu 5:1-2
Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
Explore Romalilara Məktubu 5:1-2
5
Romalilara Məktubu 5:6
Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
Explore Romalilara Məktubu 5:6
6
Romalilara Məktubu 5:9
Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
Explore Romalilara Məktubu 5:9
7
Romalilara Məktubu 5:19
Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
Explore Romalilara Məktubu 5:19
8
Romalilara Məktubu 5:11
Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.
Explore Romalilara Məktubu 5:11