1
Mark 14:36
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
Compare
Explore Mark 14:36
2
Mark 14:38
Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».
Explore Mark 14:38
3
Mark 14:9
Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».
Explore Mark 14:9
4
Mark 14:34
Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».
Explore Mark 14:34
5
Mark 14:22
Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».
Explore Mark 14:22
6
Mark 14:23-24
Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi. İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.
Explore Mark 14:23-24
7
Mark 14:27
İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki bel yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”.
Explore Mark 14:27
8
Mark 14:42
Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»
Explore Mark 14:42
9
Mark 14:30
İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».
Explore Mark 14:30