1
Mark 13:13
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
Compare
Explore Mark 13:13
2
Mark 13:33
Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
Explore Mark 13:33
3
Mark 13:11
Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.
Explore Mark 13:11
4
Mark 13:31
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Explore Mark 13:31
5
Mark 13:32
Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
Explore Mark 13:32
6
Mark 13:7
Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
Explore Mark 13:7
7
Mark 13:35-37
Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz. Qoy o qəfil gəlib sizi yatan görməsin. Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
Explore Mark 13:35-37
8
Mark 13:8
Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
Explore Mark 13:8
9
Mark 13:10
Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.
Explore Mark 13:10
10
Mark 13:6
Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.
Explore Mark 13:6
11
Mark 13:9
Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.
Explore Mark 13:9
12
Mark 13:22
Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
Explore Mark 13:22
13
Mark 13:24-25
Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq, Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
Explore Mark 13:24-25