1
Matta 19:26
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün hər şe mümkündür».
Compare
Explore Matta 19:26
2
Matta 19:6
Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
Explore Matta 19:6
3
Matta 19:4-5
İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”?
Explore Matta 19:4-5
4
Matta 19:14
Amma İsa dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Səmavi Padşahlıq belələrinə məxsusdur».
Explore Matta 19:14
5
Matta 19:30
Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq.
Explore Matta 19:30
6
Matta 19:29
Mənim adım uğrunda ya evlərini ya qardaşlarını ya bacılarını ya atasını ya anasını ya uşaqlarını və yaxud tarlalarını atan hər kəs bundan yüz dəfə artıq alacaq və əbədi həyatı da irs olaraq alacaq.
Explore Matta 19:29
7
Matta 19:21
İsa ona dedi: «Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
Explore Matta 19:21
8
Matta 19:17
İsa ona dedi: «Nə üçün Məndən yaxşılıq barəsində soruşursan? Yaxşı olan tək Biri vardır. Əgər sən əbədi həyata qovuşmaq istəyirsənsə, Onun əmrlərinə riayət et».
Explore Matta 19:17
9
Matta 19:24
Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
Explore Matta 19:24
10
Matta 19:9
Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir».
Explore Matta 19:9
11
Matta 19:23
İsa şagirdlərinə dedi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir.
Explore Matta 19:23