1
Matta 18:20
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam».
Compare
Explore Matta 18:20
2
Matta 18:19
Yenə sizə doğrusunu deyirəm: yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək.
Explore Matta 18:19
3
Matta 18:2-3
İsa yanına bir balaca uşaq çağırıb onu şagirdlərin arasına qoydu. O dedi: «Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz.
Explore Matta 18:2-3
4
Matta 18:4
Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur.
Explore Matta 18:4
5
Matta 18:5
Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər.
Explore Matta 18:5
6
Matta 18:18
Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq.
Explore Matta 18:18
7
Matta 18:35
Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».
Explore Matta 18:35
8
Matta 18:6
Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar.
Explore Matta 18:6
9
Matta 18:12
Siz necə deyirsiniz? Bir adamın yüz qoyunu varsa və onlardan biri yolunu azarsa, doxsan doqquzunu dağlarda qoyub yolunu azan qoyunu axtarmağa getməzmi?
Explore Matta 18:12