1
İbranilərə 13:5
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
Compare
Explore İbranilərə 13:5
2
İbranilərə 13:8
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
Explore İbranilərə 13:8
3
İbranilərə 13:6
Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?»
Explore İbranilərə 13:6
4
İbranilərə 13:16
Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
Explore İbranilərə 13:16
5
İbranilərə 13:15
Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
Explore İbranilərə 13:15
6
İbranilərə 13:4
Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.
Explore İbranilərə 13:4
7
İbranilərə 13:2
Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.
Explore İbranilərə 13:2
8
İbranilərə 13:20-21
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.
Explore İbranilərə 13:20-21