1
Efeslilərə 2:10
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Compare
Explore Efeslilərə 2:10
2
Efeslilərə 2:8-9
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Explore Efeslilərə 2:8-9
3
Efeslilərə 2:4-5
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
Explore Efeslilərə 2:4-5
4
Efeslilərə 2:6
Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
Explore Efeslilərə 2:6
5
Efeslilərə 2:19-20
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.
Explore Efeslilərə 2:19-20