1
1 Yəhyan 4:18
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.
Compare
Explore 1 Yəhyan 4:18
2
1 Yəhyan 4:4
Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.
Explore 1 Yəhyan 4:4
3
1 Yəhyan 4:19
Biz sevirik, çünki öncə O bizi sevdi.
Explore 1 Yəhyan 4:19
4
1 Yəhyan 4:7
Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
Explore 1 Yəhyan 4:7
5
1 Yəhyan 4:8
Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.
Explore 1 Yəhyan 4:8
6
1 Yəhyan 4:10
Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
Explore 1 Yəhyan 4:10
7
1 Yəhyan 4:11
Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
Explore 1 Yəhyan 4:11
8
1 Yəhyan 4:9
Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.
Explore 1 Yəhyan 4:9
9
1 Yəhyan 4:20
Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.
Explore 1 Yəhyan 4:20
10
1 Yəhyan 4:15
Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.
Explore 1 Yəhyan 4:15
11
1 Yəhyan 4:21
Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.
Explore 1 Yəhyan 4:21
12
1 Yəhyan 4:1-2
Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır
Explore 1 Yəhyan 4:1-2
13
1 Yəhyan 4:3
İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı» nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır.
Explore 1 Yəhyan 4:3